CONTACT

Pərixanım Məmmədli

2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmuş və fərqlənmə diplomu ilə bitirmişdir. O, “İstedadlı və Yaradıcı Gənclərin lll Respublika toplantısı” , “Azərbaycan Gənclərinin Vlll Formu” və başqa respublika tədbirlərində iştirak etmişdir. Rəssam özü qeyd edir: “Məktəb illərindən etibarən sosial fəaliyyətdə aktiv olan gəncəm. Sadəcə təsviri sənət sahəsi ilə deyil, eyni zamanda bədii qiraətlə də məşğulam. Öz yazdığım şeirlərlə bir çox müsabiqədə iştirak edərək, fərqlənmə və birinciliklə təltif olunmuşam”. Həmçinin, gənc rəssam Tələbə-könüllü proqramının, Tələbə Gənclər Təşkilatı və Nayora - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası kimi təşkilatların üzvü kimi fəaliyyət göstərir. Pərixanım “Reborn” sənəti ilə məşğul olmaqdadır. Hal-hazırda "Gilabi Ceramics"-də rəssam olaraq da çalışmaqdadır.