CONTACT

Kübra Binnətova

1998-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra, 2016-2020-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika-animasiya filmlərində quruluşçu rəssam” ixtisası üzrə təhsil almışdır.

2021-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının tərkibində fəaliyyət göstərən “Rejissorluq kursu”nu müvəffəqiyyətlə bitirmişdir. “Birlik” studiyasında rejissor assistenti, “Azanfilm” Animasiya studiyasında konsept rəssamı, “Şərq-Qərb” nəşriyyatında illüstrator-rəssam vəzifəsində çalışmışdır.

Hazırda “Gilabi Ceramics” -də rəssam olaraq çalışır.