CONTACT

Qurban Oruclu

2011-2015-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” ixtisası üzrə təhsil almışdır. Eyni illərdə "1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş rəsm müsabiqəsi, "Molla Nəsrəddin irsinin müasir dövrümüzdə təzahürləri", "15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş", "Velosiped İdman gənc rəssamların gözü ilə" sərgilərində, "Bakı 2015 - ilk Avropa Oyunlarının könüllüləri" layihəsində iştirakına görə müxtəlif sertifikat və fəxri fərmanlarla təltif edilmişdir.  2021-ci ildən etibarən "Gilabi Ceramics"də rəssam olaraq çalışmaqdadır.