CONTACT

Gülnar Alıyeva

1997-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Orta məktəbdə oxuyarkən eyni zamanda T. İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında rəssamlıq təhsili almışdır. 

2016-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbinin “Rəngkarlıq” fakültəsini bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” ixtisası üzrə təhsil almağa başlamışdır. 

2020-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının tərkibində fəaliyyət göstərən “Animasiya rejissoru kursu”nu müvəffəqiyyətlə tamamlamış, 

Şərq-Qərb” nəşriyyatında illüstrator-rəssam vəzifəsində çalışmışdır. 

Hazırda “Gilabi ceramics” MMC-də rəssam vəzifəsində çalışır.