2016-2020-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Dekorativ Tətbiqi Sənət" fakultəsinin "Bədii Keramika" ixtisası üzrə, eyni illərdə SABAH qrupları çərçivəsində "The Prince's Foundation School of Traditional Arts " da təhsil almışdır. Təhsili bitirdikdən sonra bir neçə art studiyada "Keramika üzrə rəssam" olaraq fəaliyyət göstərmişdir. Hazırda isə Balaxanı Yaradıcılıq Mərkəzinin nəzdindəki "Gilabi Ceramics" -də keramika rəssamı kimi çalışır.