CONTACT

"Gilabi Ceramics" 28 May mağazasının açılışı

"Gilabi Ceramics" artıq sizə daha yaxın ünvanda xidmət göstərir. 12 noyabr tarixində şəhərin mərkəzi, 28 May küçəsində yeni, sayca 3-cü mağaza filialının açılışı baş tutmuşdur. Açılışda Xalq rəssamı, professor, heykəltəraş Fuad Salayev, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, Rəssamlıq Akademiyasının dosenti və Şirkətin Rəhbəri Emin Ələkbərov, Rəssamlıq Akademiyasının tələbə və məzunları, tanınmış simalar, həmçinin media nümayəndələri iştirak ediblər. Qeyd edək ki, “Gilabi Ceramics” yalnız yüksək peşəkarlıq olan, istedadlı və mehriban heyət olaraq, keramika sənətinin bir çox sahəsini bir araya gətirərək çoxyönlü bir sənət fenomeninə çevrilmək məqsədi ilə uğurla addımlayır. Bu marka bugünkü günümüzdə hər kəsin böyük məmnuniyyətlə hədiyyə edə biləcəyi, ölkə daxilində və ölkədən kənara aparıla bilən ən gözəl keramik məhsul olaraq, müxtəlif bədii-estetik naxış elementləri, rəng uyğunluğu, orijinal bədii-ifadə tərzi ilə milli- mədəni irsimizin ən önəmli təmsilçisinə çevrilməkdədir.